"En iyi edebiyat, okuyucunun 'Bunu ben de yazabilirdim!' diye düşündüğü, ama asla yazamadığı edebiyattır." - Oscar Wilde"

Qanun Olsa, Olmasa Da.

Qanun olsa, olmasa da.

yazı resim

Leyli aşiq tapacaq Məcnun olsa, olmasa da.
İndi əsas paradu məftun olsa, olmasa da.

İndiki zamanda aşiq də baxır pul-paraya,
Fərqi yoxdur cananı meymun olsa, olmasa da.

Soyunub sərgiləyir hər nəyi var əynində,
Altdan-üstdən açılır çovğun olsa, olmasa da.

Gərək Avropadan mədəniyyət idxal eləyək,
Baxmayaq ənənəyə uyğun olsa, olmasa da.

Hər istədiyni edir kimsə qarşı çıxmır ona,
Fərq eyləmir istəyir qanun olsa, olmasa da.

Yaltağlıq eyləyərək hər vəzifəyə ucalıb,
Yenə yaltağlıq edir sabun olsa, olmasa da.

Gələcəyimiz əmin əllərdə deyil ay camaat,
Çoxu atestat alır məzun olsa, olmasa da.

O uca Allaha xatir yaziram Həqq sözü mən,
Xalqımız Müntəzirə vurğun olsa, olmasa da.

23 Aprel 2004, İsveç.

KİTAP İZLERİ

Gözyaşı Konağı

Şebnem İşigüzel

Osmanlı Sürgününde Modern Bir Kadının Sesi Şebnem İşigüzel, Gözyaşı Konağı’nda, 19. yüzyıl Osmanlısının boğucu atmosferini, ataerkil bir ailenin baskısıyla Büyükada'ya sürgün edilen genç bir kadının
İncelemeyi Oku

Yorumlar

Başa Dön