"Yarına ertelediğim her şey, aslında bir önceki yarına ait." - Terry Pratchett (kurgusal alıntı)"

Ey Xuda!

Ey Xuda!

yazı resim

Mən günahkar bəndəyəm, çoxdur günahım Ey Xuda,
Sənnən özgə kimsəyə yoxdur pənahım Ey Xuda!

Parə axmaq şeydir çox insan ilah etmiş onu,
Mən yaranannan bəri sənsən İlahım Ey Xuda.

Sağ tərəfdə heç nə yox, çünki günah silmiş hamın,
Sol tərəfdə çirkaba batmış siyahım Ey Xuda!

Mən səni Həqqi bilərkən şeytana aldanmışam,
Gəl məni əvf etginən yoxdur izahım Ey Xuda.

Bu həyat səhnəmdə mahım, ulduzum sönmüş mənim,
Zülmət içrə qərq olub nurlu sabahım Ey Xuda.

Bu günahin çoxluğundan nalə, fəryad eylədim,
Dağ-daşı yer ilə yeksan etdi ahım Ey Xuda.

Bu Həbib biçarəyə çarə tapan sənsən fəqət,
Mən zəlil bir bəndəyəm sən isə Şahım Ey Xuda!

03 İyul 2003, Almaniya-Hannover.

KİTAP İZLERİ

Bir Zambak Hikayesi

Mehmet Rauf

Tabuları Yıkan Erken Cumhuriyet Dönemi Erotik Edebiyatı: "Bir Zambak Hikayesi" Türk edebiyat tarihinin tozlu raflarında uzun yıllar gizli kalmış, adı bilinse de içeriği hakkında fısıltılarla
İncelemeyi Oku

Yorumlar

Başa Dön