"Sabahın yedisinde uyananların tek suçu, akşamın beşinde ölenlerden olmalarıdır." – Terry Pratchett (kurgusal)"

Qarabaği Unutma!

Qarabaği unutma!!!

yazı resim

Vətən oğlu Qarabağı unutma!
Gedibdir Şuşa yaylağı unutma!

Millətimiz tanınmış əməliylə,
Çoxsuna qalib gəlibdi diliylə,
O bişərəf erməninin əliylə,
Sönüb çox evin çirağı unutma.

Tarixi bizlərə unutdurublar,
Çox insanı öldürüb, tutdurublar,
Yetmiş il bizlərə qan uddurublar,
Böyük Sovet ittifağı unutma.

Tarixmizə nəzər eyləyək bir an,
Erməniyə dost demişik hər zaman,
Evəzində bizə olubdu düşman,
Heç vaxt erməni alçağı unutma.

Ağdamı, Fizulini, Kəlbəcəri,
İtirdik Zəngilanı həm Tər-Təri,
Müharibə başlayan ildən bəri,
Analar oxuyur ağı unutma.

Gərək millətimiz qalxsın ayağa,
Qulluğ eyləsin bu ana torpağa,
Bizim borcumuz var ki, Qarabağa,
Sancağ üç rəngli bayrağı unutma.

Gör nələr baş verir bizim məkanda,
Bir işə bax bu on illik zamanda,
Qarabağlı doğulmayır cahanda,
Budur sinəmizin dağı unutma.

Həbib yazmaginan edər kifayət,
Onu da bilin yaxınlaşır Qiyamət,
Həyat ölümlə bitəcək nəhayət,
Son mənzilmizdi torpağı unutma.

23 İyun 2003, Berlin.

KİTAP İZLERİ

Başka Yollar

Enis Batur

Enis Batur'un Zihin Labirentinde Bir Gezinti Türk edebiyatının en üretken ve sınır tanımayan kalemlerinden Enis Batur, okurunu bir kez daha kendi zihin coğrafyasının dolambaçlı patikalarında
İncelemeyi Oku

Yorumlar

Başa Dön