"Yazarın özgürlüğü, yazdıklarının okurun aklını karıştırma özgürlüğüdür. Yoksa niye yazsın ki?" – Terry Pratchett"

yazı resim

Dağılır Azəribaycan, bu vətənnən mənə nə?
Əriyir cismidə canın, o bədənnən mənə nə?

Keçmişdə hər nə idim, indi ki, nazir olmuşam,
İndidən danışgınan keçib gedənnən mənə nə?

Neçə hektar Bakıda yer almışam tikdirirəm,
Zəngilanda, Şuşada güllü çəmənnən mənə nə?

Sifətim „bozdu“ mənim, əlimdə „göy“ kef edirəm,
O manatdan,o dinardan,o tümənnən mənə nə?

Özüm öz əqrabamı saxlayıram bəsdi mənə,
Millətə gör neçə il zülm edənnən mənə nə?

Neçə minlərlə vətən övladının ac gödəni,
Mən öz gödənmi güdüm özgə gödənnən mənə nə?

Diyirəm çox yimisən, kökəlmisən, fil kimisən,
Hələm utanmaz-utanmaz diyir mənnən mənə nə?

Sən özün öz özüvü özgələrə tay eləmə,
Sənə mənnən sənə nə? Bəs mənə sənnən mənə nə?

Bu dəyqə ölməyə qalxarsa kasıb çox bahadır,
Onun üçün deyir o qəbir,kəfənnən mənə nə?

Ey Həbib keçmişə bax, tarixdən dərs götür,
Tarix təkrarlanacag demə dünənnən mənə nə?

12 İyun 2003, Berlin.

KİTAP İZLERİ

Kör Pencerede Uyuyan

B. Nihan Eren

Gündelik Hayatın Kör Penceresinden Sızan Endişe B. Nihan Eren, yedi yıllık bir aranın ardından yayımladığı "Kör Pencerede Uyuyan" ile çağdaş Türk öykücülüğündeki yerini sağlamlaştırıyor. Yapı
İncelemeyi Oku

Yorumlar

Başa Dön