"Kelimelerin gücüyle dünyaları değiştirin."

Güzeranı Milletimin.

Ne zaman duzelcey bu güzeranı milletimin? Haçan zülmnen qurtulacaq canı milletimin?

yazı resim

Nə zaman duzəlcey bu güzəranı millətimin?
Haçan zülmnən qurtulacaq canı millətimin?

Müstəqillik olanı əzab-əziyyət çəkirik,
Əzabı üyütməyir dəyirmanı millətimin.

Əzabı görəndə insan Allaha yaxınlaşır,
Yavaş-yavaş çoxalır din-imanı millətimin.

O qədər hadisədən sonra oyana bilmirik,
Üstünnən əskik olmuyur yorğanı millətimin.

Düzlərə əyri deyək, əyrilərəysə düz deyək,
Bəlkə o zaman düzəldi ekranı millətimin.

Daldan atılan daşların çoxusu topuğa dəyib,
Onun üçün qəbər olub dabanı millətimin.

Başı heç nədən çıxmayır qoyun vəzifə alıb,
Gəlib deputat olubdur çobanı millətimin.

Şor-çörək olmalıdir qidamız nə vaxta qədər?
Ocağnın üstə qaynamır qazanı millətimin.

Vətənmizin uğrunda ölməyək,öldürək gərək!
Lazımınca dolubdur xiyabanı millətimin.

Arzu etmişik, ən əsas odur əməl eyliyək,
O gün olsun ki,xar ola düşmanı millətimin.

Səbirin kasələri daşıbdır hər yanı basıb,
Axir əvvəl olacağdır üsyanı millətimin.

Millətim bikef olmasın ağacı bəhər verir,
Həbib adlı yetişir qəzəlxanı millətimin!

19 Avqust 2003, Berlin.

KİTAP İZLERİ

Ölümden Uzak Bir Yer

Kerem Eksen

Aile Kâbusunun Felsefesi Kerem Eksen, "Ölümden Uzak Bir Yer"de sıradan bir ailenin, açıklanamaz bir olayla nasıl varoluşsal bir krize sürüklendiğini incelikli bir dille anlatıyor. Ebeveynliğin
İncelemeyi Oku

Yorumlar

Başa Dön