"Eleştiri, sineklerin balık oltasına yakalanmasından daha az sıkıntılıdır." – Arthur Schopenhauer"

Deyisdin Cahanı Baba.

"Meni udsun qara torpaq Qarabağ getse" dedi, Qarabağ getdiyi üçün itirdi canı Baba.

yazı resim


Allahın izni ilə dəyişdin cahanı Baba,
Haqq sözüylə aşkar eyləyərdi pünhanı Baba.

Millətin dərdlərinə dözmədi biçarə ürək,
Ölümlə tapdı bütün dərdlərə dərmanı Baba.

"Məni udsun qara torpaq Qarabağ getsə" dedi,
Qarabağ getdiyi üçün itirdi canı Baba.

Haqqsızlığa qulp qoyub, Haqqı deyərdi millətə,
Sənsiz mənasız olar "Qulp"umun ekranı Baba!

Dövrümün acı həqiqtlərini yazmış idi,
Əks etdirib qəzəllərində bu dövranı Baba.

Xalqının şairi idi bu "ad" verilməsə də,
Millətin qəlbində tapmış idin məkanı Baba.

Deyərdi Sahib Zaman gəlsin mənim dövranıma,
Özü ziyarət etdi Sahibi-Zamanı Baba.

Həbib Allahından diləyir sənə rəhmətini,
Bərzəxdə* seyr eləyər cənnəti-rizvanı Baba.

19 Aprel 2004, İsveç.

KİTAP İZLERİ

Çıplak ve Yalnız

Hamdi Koç

Hamdi Koç’un Hafıza Labirentinde Unutulmaz Bir Yolculuk: "Çıplak ve Yalnız" Hamdi Koç’un "Çıplak ve Yalnız" romanı, okuru daha ilk cümlesiyle yakalayan o nadir eserlerden: "Amcam
İncelemeyi Oku

Yorumlar

Başa Dön